Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ prezidenti Donald Trampın administrasiyasına xəbərdarlıq edib ki, Mexiko Vaşinqtonla immiqrasiya və kartellərlə mübarizə üzrə təhlükəsizlik sazişləri bağlamağa hazırdır, lakin tabeçilik olmadan.
Qaynarinfo xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Siyasətçi vurğulayıb ki, Meksika ABŞ-ın mümkün yeni tariflərinə reaksiya verən yeganə ölkə deyil.
Meksika liderinin fikrincə, Mexiko və Vaşinqton arasında yeni sazişlərin əsasını ortaq məsuliyyət, qarşılıqlı etimad, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət, habelə bir dövlətin digər dövlətə tabeçiliyi olmadan əməkdaşlıq təşkil etməlidir.
Avqustun əvvəlində Şeynbaum bildirmişdi ki, Tramp ona Meksikaya Amerika qoşunlarını göndərməyi təklif edib, lakin qəti şəkildə rədd edilib. Onun sözlərinə görə, bu cür hərəkətlərin qəbuledilməz olduğunu və müzakirəyə çıxarılmadığını vurğulayaraq təklifi dərhal rədd edib. Meksika lideri qeyd edib ki, Tramp sonradan onun mövqeyini başa düşüb.
Aydın
Şərhlər