Xəbər lenti

2024-cü ildə Türkiyə iqtisadiyyatını nə gözləyir? (ŞƏRH)
Dünya 16:40 03.01.2024

2024-cü ildə Türkiyə iqtisadiyyatını nə gözləyir? (ŞƏRH)

"Türkiyədə il ərzində faiz dərəcələri daha da artacaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun fikirincə, burada Mərkəzi Banka verilən səlahiyyətər də önəmlidir: 

"Son seçkilərdən sonra Mərkəzi Bank müstəqil siyasət yürüdür. Düzdür, siyasi bir qərar verilsə, hər şey dəyişə bilər. Türkiyə Mərkəzi Bankı faizləri artıra-artıra gedir. Növbəti iclasda faiz dərəcələrinin daha da artırılcağına dair gözləntilər var. Bu bir tərəfdən infliyasıyanı aşağı dartan amildir. 
 


Bəs, infliyasını artıran amil nədir? Bu günlərdə bizim də mətbuatda məlumat yayıldı və geniş rezonans doğurdu. Türkiyədə minumum əmək haqqı 983 manata kimi artırılıb. Azərbaycanda isə bu rəqəm 345 manatdır və onun artıb-artmamasına dair heç bir məlumat yoxdur".

İqtisadçı Türkiyədə minumum əmək haqqının Azərbaycanda 3 dəfə artıq olduğunu bildirib: 

"Minumum əmək haqqının artması infliyasıyanı artıran faktdır. Türkiyə ixracatçı ölkədir və orada əlavə dəyər çox az formalaşıb. Əmək haqqı xərclərinin qalxması qiymətlərə təsir edəcək. Mart-aprel ayından sonra Türkiyədən idxal olunan tekstil məhsullarının qiyməti qalxacaq". 

Qeyd edək ki, Türkiyədə illik inflyasiya ötən ilin dekabr ayında daha da artıb. Ötən ilin dekabrında ölkədə inflyasiya 64,77% səviyyəsində olub. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->