Xəbər lenti

Kralla şahzadənin görüşündən yeni detallar: Hədiyyələr və səmimi jestlər
Dünya 22:20 28.09.2025

Kralla şahzadənin görüşündən yeni detallar: Hədiyyələr və səmimi jestlər

Sasseks hersoqu Harri ilə kral III Çarlzın 19 ay sonra ilk görüşü 10 sentyabrda baş tutub. 

Qaynarinfo "Page Six"ə istinadən xəbər verir ki, görüş zamanı Harri atasına ailəvi bir hədiyyə təqdim edib – oğlu Arçi və qızı Lilibetin fotosunun olduğu şəkil.

Lakin şahzadənin nümayəndəsi dəqiqləşdirib ki, sözügedən fotoda Harri və həyat yoldaşı Meqan Markl yer almayıb:

"Biz belə detalları şəxsi saxlamağı üstün tutardıq, amma aydınlıq üçün təsdiqləyirik ki, şəkil həqiqətən də təqdim olunub, sadəcə olaraq, orada hersoq və hersoginya yox idi”.

Məlumata görə, kral da 15 sentyabrda 41 yaşını qeyd edən oğluna ad günü münasibətilə hədiyyə təqdim edib.

Görüş 53 dəqiqə davam etsə də, rəsmi barışıq gətirməyib. Mənbələrin iddiasına görə, Harri özünü yaxın ailə üzvü kimi deyil, daha çox "rəsmi qonaq” kimi hiss edib. Bununla belə, şəxsi çay süfrəsi zamanı mehribanlıq əlaməti olaraq yanaqdan öpüşlər də olub.

Kral sarayındakı mənbələr bildirirlər ki, III Çarlzın "qapısı” gələcək şəxsi görüşlər üçün açıq qalır. Amma kral 2020-ci ilin yanvarında Harri və Meqanın rəsmi öhdəliklərdən ayrılmasını təsbit edən Sandrinhem razılaşmasının şərtlərinə sadiq qalmaq niyyətindədir.

Öz növbəsində Sasseks hersoqu krallıq öhdəliklərinə qayıtmaq fikrində deyil və yalnız ailə ilə münasibətləri qorumağı istəyir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->