Xəbər lenti

16 yaşlı qızı nişanlandı (VİDEO)
Video 16:57 28.09.2025

16 yaşlı qızı nişanlandı (VİDEO)

Britaniyalı boksçu Tayson Fyurinin böyük qızı Venesuela Fyuri 16-cı ad günü şənliyində sürpriz şəkildə nişanlanıb. 

Qaynarinfo xəbər verir ki, gənc qızın sevgilisi, boksçu Noy Prayz ona evlilik təklifi edib.

Hadisənin görüntüləri Venesuelanın anası Peris Fyurinin "Instagram" hesabında paylaşdığı videodan yayılıb. Kadrlarda Noyun şənlik zamanı rəqs meydanının ortasına çıxaraq bir diz üstə çökdüyü, üzük çıxarıb qıza təklif etdiyi anlar əks olunub.

Gözlənilməz jest Venesuelanı utandırsa da, o tərəddüd etmədən sevgilisinin təklifini qəbul edib.

Tanınmış boksçunun həyat yoldaşı Peris Fyuri paylaşımında qızının qərarını dəstəklədiyini yazıb:

"Venesuela və Noyu nişan münasibətilə təbrik edirik. Siz hələ çox gəncsiniz, amma bəzən insan sadəcə bilir. Mən hələ də şokdayam, amma hər ikiniz üçün çox xoşbəxtəm. Mən və atanız sizdən daha çox qürurlu ola bilməzdik”.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->