ABŞ Türkiyənin "Baykar” şirkətindən öz ərazisində hasilat açmağı xahiş edib.
Qaynarinfo "Van Postasi Gazetesi”nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
Qeyd olunur ki, Türkiyənin "Baykar” şirkətinə məxsus "Bayraktar TB2” pilotsuz təyyarələri Konqresə təqdim edilən hesabatda Türkiyənin regional çəkindiriciliyinin simvolu kimi səciyyələndirilib.
Sənəddə Türkiyənin NATO-dakı rolu, Qara dəniz regionunda strateji yeri və müdafiə sənayesinin böyüməsi də vurğulanır:
"Bayraktar" pilotsuz təyyarələri ukraynalılar tərəfindən müşahidə və hücum əməliyyatlarında effektiv şəkildə istifadə olunur ki, bu da Rusiya ordusunu təəccübləndirib. Bu pilotsuz təyyarə 2022-ci ildə müharibənin gedişatını dəyişib və Türkiyənin pilotsuz təyyarələrin istehsalında liderliyini nümayiş etdirir".
Bundan əlavə, sənəddə Türkiyə-Ukrayna müdafiə əməkdaşlığı kritik vacib məsələ hesab olunur. Avqust ayında Ukraynanın "Baykar" zavodu Rusiyanın hücumunun hədəfi olsa da, bu, iki ölkə arasında strateji tərəfdaşlığı zəiflətməyib. Əksinə, hesabata görə, pilotsuz uçuş aparatları, mühərrik texnologiyası və korvet istehsalı kimi sahələrdə əməkdaşlıq dərinləşib.
Bununla bağlı Fidan qeyd edib ki, ABŞ Türkiyənin müdafiə sənayesinə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməlidir. Nazir aydınlıq gətirib ki, ABŞ həm F-35 proqramı, həm də Türkiyənin milli qırıcı KAAN-ın mühərrikləri ilə bağlı CAATSA sanksiyalarını ləğv etməlidir. Xüsusilə, onun sözlərinə görə, KAAN qırıcısı üçün mühərriklərin lisenziyası ABŞ-ın blokadasına görə dayandırılıb.
"Bayraktar TB2" dronları uzaqdan idarə olunan və ya avtonom uçuş həyata keçirə bilən, uzun uçuş müddəti olan, zərbə əməliyyat-taktiki orta hündürlükdə uçuş aparatıdır. O, müxtəlif müasir silahları, xüsusən MAM-C və MAM-L hava bombalarını, həmçinin UMTAS tank əleyhinə raketləri daşıya bilər.
Aydın
Şərhlər