Qələbənin simvolu: Körpə Zəfər atasının döyüş yolunu adında yaşadır (VİDEO)
O, hələ körpədir, amma adı ilə böyük bir tarixi daşıyır - Zəfər. Valideynləri bu adı təsadüfən seçməyiblər. 44 günlük Vətən müharibəsindən sonra valideynlər övladlarına ən çox "Zəfər" adını qoyublar. Hazırda iki yaşı olan Zəfər ailəsinə böyük sevinc bəxş edib.
Balaca Zəfərin atası, Vətən müharibəsi iştirakçısı Vüsal Həmidov bildirib ki, döyüş xatirələrini övladının adında yaşadır:
"Əvvəlcədən övladımıza "İmran" adını verməyi düşünürdük. Lakin Zəfər gününə təsadüf etdiyinə görə qərar verdim ki, oğlumuzun adı Zəfər olsun. Həm gələcəkdə öz adı ilə fəxr edəcək, həm də hansı əlamətdar gündə dünyaya gəldiyini anlayacaq".
Vüsal Həmidov deyir ki, bu adı seçəndə həm sevinc göz yaşları, həm də qürur hissi yaşayıb:
"Oğlumun adını çağıranda Vətən müharibəsindəki qələbə sevincini yenidən yaşayıram".
Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsindən verilən məlumata görə, Vətən müharibəsindən sonra qəhrəmanların adlarının uşaqlara verilməsində artım müşahidə olunub. 2020-ci ildən indiyədək 1 266 uşağa Polad, 539 uşağa Zəfər, 284 uşağa isə Xudayar adı qoyulub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər