Xəbər lenti

Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Ölkə19:30 28.09.2025

Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb məlumatına görə, hadisə şəhərin "aeroport yolu" adlanan ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində Gəncə şəhər sakinləri - 1989-cu il təvəllüdlü Əzim Atakişiyev, 2004-cü il təvəllüdlü Natiq Əsgərov və Samux rayon sakini 2001-ci il təvəllüdlü Vüqar Axundzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.