Xəbər lenti

Texnologiya 16:14 28.09.2025

"Nvidia" "OpenAl"a niyə 100 milyard dollar xərcləmək qərarına gəldi?

"Nvidia"nın təsisçisi və rəhbəri Censen Huan bildirib ki, "OpenAI" yaxın illərdə çox sürətlə böyüyəcək və gələcəkdə çoxtrilyonluq şirkətə çevriləcək. 

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, məhz bu inam "Nvidia"nın "OpenAI" ilə 100 milyard dollara qədər dəyərində infrastruktur razılaşması imzalamasına səbəb olub.

Razılaşmaya əsasən, ümumi gücü 10 QVt-a qədər olan yeni data mərkəzləri "Nvidia" qrafik prosessorları əsasında inşa ediləcək. Bu mərkəzlər "OpenAI"ın bulud tərəfdaşları vasitəsilə qurulacaq. "OpenAI" həmçinin "Nvidia"nın hələ kütləvi istehsala çıxmayan "Rubin" çiplərinə və yeni şəbəkə həllərinə erkən çıxış əldə edəcək.

Huan vurğulayıb ki, süni intellekt sahəsində liderliyi miqyas və sürət müəyyən edəcək. "Nvidia" öz inkişaf planlarını "OpenAI"ın ambisiyaları ilə uyğunlaşdırır və şirkətə uzunmüddətli hesablama gücü təmin etməklə onun böyüməsini "sığortalayır”.

Xatırladaq ki, bu yaxınlarda "Nvidia" rəqibi "Intel"i 5 milyard dollarlıq sərmayə ilə dəstəkləyib və tərəflər birgə süni intellekt üçün çiplərin hazırlanması üzərində işləyəcəklər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->