Xəbər lenti

14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu
Ölkə12:43 15.10.2026

14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesinin vaxtı məlum olub.

Qaynarinfo xəbər verir ki, proses oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Nofəl Hacıyev 171 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilir. Zərərçəkmişlərə dəymiş ziyanın ümumi məbləğinin 14 milyon manatdan çox olduğu bildirilir.

İttihama görə, Nofəl Hacıyev “Təbriz” Mənzil Tikinti Kooperativi (MTK) vasitəsilə yaşayış binasından mənzillər satmaq adı ilə vətəndaşlardan pul alıb. Lakin həmin mənzillər alıcılara təhvil verilməyib.

Məhkəmə proseslərində zərərçəkmişlər bildiriblər ki, onlardan alınan pullar “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və təmir işlərinə sərf olunub. Onlar ödədikləri vəsaiti geri ala bilmədiklərini deyərək dəymiş maddi ziyanın ödənilməsini tələb edirlər.

Zərərçəkmişlər “Atlant” istirahət mərkəzinin üzərinə qoyulmuş həbsin nəzərə alınmasını, obyektin hərraca çıxarılmasını və satışdan əldə ediləcək vəsait hesabına zərərlərinin qarşılanmasını istəyirlər.

Onlar, həmçinin, iş adamı Tahir Qədəşovun da məhkəmə araşdırmasına cəlb olunmasını və məsuliyyət məsələsinə hüquqi qiymət verilməsini tələb edirlər. Zərərçəkmişlərin iddialarına görə, vətəndaşlardan alınan pulların istirahət mərkəzinin tikintisinə yönəldilməsində onun da rolu olub.

Seyid