Xəbər lenti

Məktəb həyatı məşhur fotoqrafın obyektivində: Cəlal Kəngərli 20 nömrəli liseydə (FOTO)
Ölkə11:36 15.10.2026

Məktəb həyatı məşhur fotoqrafın obyektivində: Cəlal Kəngərli 20 nömrəli liseydə (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış fotoqraf Cəlal Kəngərli Bakı şəhəri 20 nömrəli məktəb-liseyin qonağı olub. O, məktəbdə bir gün keçirərək şagirdlərin gündəlik həyatını, dərs prosesini, sinif otaqlarında yaşanan maraqlı anları və məktəb mühitinin özünəməxsus atmosferini fotokamerası ilə lentə alıb.

Fotoqrafın obyektivindən məktəb həyatı şagirdlərin səmimi təbəssümləri, dostluq münasibətləri, müəllimlərlə ünsiyyəti və öyrənmək həvəsi ilə yadda qalıb. Çəkiliş zamanı məktəblilərin gündəlik fəaliyyətindən maraqlı məqamlar qeydə alınıb, təhsil mühitinin canlı mənzərəsi fotoşəkillərdə əks olunub.

Görüş şagirdlər üçün həm maraqlı təcrübə, həm də fotoqrafiya sənəti ilə yaxından tanış olmaq imkanı yaradıb. Məktəb həyatının fərqli anlarını əks etdirən fotolar təhsilin yalnız dərslərdən deyil, eyni zamanda dostluqdan, ünsiyyətdən, xatirələrdən və gələcəyə hazırlıqdan ibarət olduğunu bir daha nümayiş etdirib.