Xəbər lenti

Kazım Abdullayev: "Məktəblilərin vahid geyim formasının olması vacibdir"
Ölkə12:20 15.10.2026

Kazım Abdullayev: "Məktəblilərin vahid geyim formasının olması vacibdir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarı dəstəkləyirəm".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Kazım Abdullayev deyib.

Aktyor bildirib ki, istənilən peşədə vahid geyim gözəl görünür:

"Bu qərarı dəstəkləyirəm. Hətta bir az gecikmiş qərardır. Hər bir işin, peşənin öz geyimi olmalıdır. Polisin, hərbiçinin öz paltarı olduğu kimi məktəblilərin də öz geyim formasının olması vacibdir. Biz uşaqlıqdan məktəbə vahid geyimlə getmişik. Sevə-sevə geyinirdik. İndi də belə bir geyim olsa hər kəs onu dəstəkləyəcək".

Kazım Abdullayev əlavə edib ki, vahid məktəbli forması şagirdlərdə biliyə, təhsilə olan diqqəti artıracaq.

Bahar Rüstəmli