"Mançester Siti" İngiltərənin aşağı liqa təmsilçisi "Milvall"dan 14 yaşlı Darko Qyabini transfer edib.
Qaynarinfo xəbər verir ki, "şəhərlilər" azyaşlı futbolçunun transferinə 300 min funt-sterlinq (652 min manat) xərcləyib. Darkonun performansından aslı olaraq bu məbləğ 1 milyon funt-sterlinqə (2 milyon 174 min manat) yüksələ bilər.
"The Sun"un məlumatına görə, gənc futbolçu "Mançester Yunayted"in fransız ulduzu Paul Poqba ilə müqayisə olunur və Dortmund "Borussiya"sında çıxış edən İngiltərə millisinin 18 yaşlı üzvü Cadon Sançonu xatırladır.
Şərhlər