"Facebook" sosial şəbəkəsi "Twitter"in daha bir funksiyasını mənimsəyir. Rusiya mətbuatı yazır ki, hazırda "Twitter"də olan "Trend" funksiyası "Facebook"da da sınaqdan keçirilir.
Hələlik bu funksiya ABŞ-da bəzi istifadəçilər üçün açıqdır. Test uğurla başa çatsa, "trend" "Facebook"da da tətbiq olunacaq. Qeyd edək ki, trend funksiyası sosial şəbəkədə ən çox müzakirə olunan mövzuları əks etdirir.
İctnews.az
Şərhlər