Avtomobil yollarınının qardan və buzdan təmizlənməsi istiqamətində gecə boyu və səhər saatlarında işlər aparılıb.
Havanın şaxtalı olması səbəbindən magistralların buz bağlamış hissələrinə qum-duz qarışığı səpilib, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şamaxının nəqliyyat əlaqəsi kəsilən 4 kəndi ilə artıq əlaqə bərpa olunub, yollar təmizlənib. Bakı-Şamaxı-Yevlax magistralının bəzi hissələrində, eləcə də İsmayıllı-Muğanlı yolunun 4-7 km-liyində buzlaşma müşahidə olunur.
Hazırda əraziyə texnikalar vasitəsilə qum-duz qarışığı səpilir. İsmayıllının Basqal və Lahıc istiqamətində isə yollarda gediş-gəlişdə problem yaşanmır.
Sürücü: "Belə hava təhlükəlidir. Allaha təvəkkül gedirik görək necə olacaq? Buraya kimi yaxşı gəlmişik. İdarə işçiləri də qum səpirlər yollara”.
Sürücü: "Dünən bu yolu gəlmişdim, bağlı idi. Bu gün yaxşıdır, qum, duz səpirlər”.
Sürücü: ""Kapron” təkərlə yola çıxmaq məsləhət deyil, normal təkərlə problem deyil. Yol normaldır, gediş-gəliş var”. (ARB TV)
Şərhlər