Xəbər lenti

8 yaşlı azərbaycanlı Rusiyada 1-ci oldu (FOTO/VİDEO)
Foto 20:13 11.06.2021

8 yaşlı azərbaycanlı Rusiyada 1-ci oldu (FOTO/VİDEO)

8 yaşlı Ayan Əhmədzadə Rusiya və Qafqaz üzrə keçirilən beynəlxaq yarışmada birinci yerə layiq görülüb.

Qaynarinfo xəbər verir ki, Şəki Uşaq İncəsənət Məktəbinin 2-ci sinif şagirdi olan Ayan Rusiyada keçirilən XV Ümumrusiya istedadlar "Söz və musiqi" müsabiqəsinə qatılıb.

Müsabiqədə Ədəbi-Musiqi Kompozisiya Nominasiyası üzrə 1-ci dərəcəli Laureat adına layiq görülərək, ölkəmizə birincilik kubokunu qazandırıb.

Şagirdi yarışmaya hazırlayan müəllimi Kübra Yusifova isə təşəkkürnamə ilə mükafatlandırılıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->