Xəbər lenti

Azərbaycanda 3,5 milyona yeni film çəkilir
Sənət 14:59 02.07.2026

Azərbaycanda 3,5 milyona yeni film çəkilir

Azərbaycan Respublikasının Kino Agentliyi "Rakurs Film-Media” MMC (VÖEN – 1308369461) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.

Qeyd edək ki, "Rakurs Film-Media” MMC Kino Agentliyinin sifarişi əsasında "Rəqqə” adlı tammetrajlı bədii filmin istehsalını həyata keçirəcək.
Göstəriləcək işlərin qarşılığında Agentlik MMC-yə 3 milyon 500 min manat ödəyəcək.

Onu da bildirək ki, nizamnamə kapitalı 100 manat olan "Rakurs Film-Media” MMC 2023-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Əhmədov Fariz Asif oğludur.

Məlumat üçün qeyd edək ki, 1983-cü il təvəllüdlü Fariz Əhmədov 2020-ci ildən 2022-ci ilədək "Azərbaycanfilm” kinostudiyasının direktoru olub.
--> -->