Müğənni Eldəniz Məmmədov bir vaxtlar başladığı restoran biznesini niyə davam etdirə bilmədiyini açıqlayıb.
Sənətçi Qaynarinfo-ya bildirib ki, bu sahədə uğur qazana bilməməsinin əsas səbəbi restoran biznesinin incəliklərini kifayət qədər bilməməsi olub:
"Təxminən səkkiz il əvvəl Bakıda icarəyə restoran götürdüm. Bir müddət fəaliyyət göstərdim, amma sonradan işi yarımçıq saxlamaq məcburiyyətində qaldım. Başa düşdüm ki, bu sahə mənlik deyil. Restoran işlətmək üçün həmin işi bütün incəliklərinə qədər bilməlisən. Düzdür, gəlirli sahədir, amma məndə alınmadı. Bir iş uğurlu olmayanda insanda yenidən eyni sahəyə maraq da qalmır".
Eldəniz Məmmədov restoran biznesinin düşündüyündən daha ağır və məsuliyyətli olduğunu da vurğulayıb.
"Bu iş çox vaxt və enerji tələb edir. Elə gün olurdu ki, evə gecə saat 3-4-də qayıdır, səhər tezdən yenidən işə gedirdim. Restoran elə sahədir ki, onu hər adama etibar etmək olmur. Mən yalnız ailə üzvlərimə güvənə bilərdim. Bu biznesdə etibar amili çox önəmlidir".
Bahar Rüstəmli
Şərhlər