Dünya 19:00 23.09.2022

ABŞ bir neçə aymış Rusiyaya şəxsi mesajlar göndərirmiş: o mesajlarda yazılıb ki... - WP

ABŞ bir neçə ay ərzində Moskvaya şəxsi mesajlar göndərərək, Rusiya rəhbərliyinə nüvə silahından istifadənin ardınca gələcək ciddi nəticələr barədə xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Washington Post” mənbələrinə istinadən yazır.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, prezident Co Baydenin administrasiyası nüvə hücumunun nəticələri barədə qəsdən qeyri-müəyyən xəbərdarlıq etmək qərarına gəlib, ona görə də Kreml Vaşinqtonun necə reaksiya verəcəyindən narahatdır.

Dövlət Departamenti şəxsi yazışmalara cəlb edilib, lakin rəsmilər mesajların kim tərəfindən çatdırıldığını və onların məzmununu açıqlamayıblar.

Kreml başçısı Vladimir Putinin qismən səfərbərlik elan etdiyi çıxışı zamanı nüvə təhdidindən sonra yeni mesajların göndərilib-göndərilmədiyi də aydın deyil.

ABŞ rəsmiləri bu həftə BMT Baş Assambleyasında Rusiyanı nüvə silahından istifadə etməkdən çəkindirmək üçün səylərini artırıblar.

BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən dövlət katibi Entoni Blinken bildirib ki, "Rusiyanın ehtiyatsız nüvə təhdidləri dərhal dayandırılmalıdır”.

Nizami Bağırov