Vaşinqton və Brüssel İrəvana təsir edir ki, Ermənistan rəhbərliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq barədə qərar qəbul etsin.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə
deyib.
"Daxil olan məlumatlara görə, Vaşinqton və Brüssel Ermənistan rəhbərliyini KTMT-dən çıxmağa, NATO ilə əməkdaşlığı sürətləndirməyə, hərbi-texniki əməkdaşlıq proqramını yenidən istiqamətləndirməyə və Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini nəzərə almadan Azərbaycanla sülh müqaviləsi imzalamağa inandırmağa çalışır”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskva "amerikalıların İrəvanı necə dağıdıcı fanatizmlə ələ aldığını” görür. "Rusofobiyası ilə tanınan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Pauer respublikaya gəlib”, - Zaxarova davam edir. Dövlət katibinin müavini Kim Ermənistanda idi, o, bu yaxınlarda dinləmə zamanı etiraf edib ki, onlar ölkələri Rusiya ilə müttəfiqlikdən, qarşılıqlı fəaliyyətdən və ya əməkdaşlıqdan uzaqlaşdırmaqla məşğuldurlar”.
Nizami Bağırov
Şərhlər