Rusiya ABŞ və Ukrayna arasında Ciddədə (Səudiyyə Ərəbistanı) keçirilən danışıqların nəticələri ilə bağlı verilən bəyanatları diqqətlə izləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, Kreml gözləyir ki, ABŞ Dövlət katibi Marko Rubio və ABŞ Prezidenti Milli Təhlükəsizlik üzrə məsləhətçisi Maykl Volts "Rusiya Federasiyasını Ukrayna ilə keçən günlərdə keçirilmiş danışıqların detalları barədə məlumatlandırsın".
"Əvvəlcə bu məlumatı almalıyıq. Həmçinin, bu günlər ərzində amerikalılarla planlaşdırılmış əlaqələrimiz var, burada artıq məlumatın tamlığını gözləyirik", - Peskov əlavə edib.
Peskov Putinlə ABŞ prezidenti Donald Trump arasında şəxsi danışıqların tarix və yeri barədə hələ heç bir məlumatın olmadığını qeyd edib. "Hazırda ABŞ tərəfindən siyasi dialoq üçün bir tələb yoxdur", - deyə o bildirib.
Alpər
Şərhlər