Xəbər lenti

Ağdamda kütləvi dava: iki nəfər bıçaqlandı
Ölkə 22:04 19.03.2025

Ağdamda kütləvi dava: iki nəfər bıçaqlandı

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, sözügedən hadisə bu gün rayonun Quzanlı qəsəbəsində, Ağdam Dövlət Sosial-İqtisadi kollecinin inzibati binasının qarşısında qeydə alınıb.

Belə ki, mübahisə zəminində Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğluna bıçaq xəsarətləri yetirilib.
Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->