Xəbər lenti

Aİ Rusiyadan rekord həcmdə LNG alıb
Dünya 23:01 20.11.2023

Aİ Rusiyadan rekord həcmdə LNG alıb

Avropa İttifaqı 2023-cü ildə Rusiya maye qazının ən böyük idxalçısı olub və onun alışına 6,6 milyard dollardan çox vəsait xərcləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə resurs və enerji bazarı üzrə müstəqil ekspert Vladimir Demidov bildirib.

Onun sözlərinə görə, buna səbəb Rusiyanın LNG-yə qarşı hələ də sanksiyaların tətbiq edilməməsidir. Ekspert qeyd edib ki, əvvəllər Rusiya Avropaya LNG tədarükünə diqqət yetirmirdi, əsasən boru kəməri qazı göndərirdi. Bununla belə, "Şimal axını”nda sanksiyaların tətbiqindən və partlayışlardan sonra "Novatek”in LNG ixracı Aİ-yə qaz tədarükü üçün bir neçə yoldan birinə çevrilib.

Demidovun sözlərinə görə, 2021-ci ildən 2023-cü ilə qədər Avropa İttifaqı tərəfindən alınan Rusiya LNG-nin həcmi təxminən 40% artıb: "Birlikdə götürsək, Rusiyadan LNG alan bütün Aİ ölkələri onu Çindən 2-2,5 dəfə çox alır".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->