"Ailə
məcəlləsinə əsasən, Azərbaycanda alimentin minimum həddi yaşayış minimumu ilə
götürülüb".
Bu
sözləri Qaynarinfo-ya hüquqşünas Cavid Rzazadə ölkəmizdə aliment ödənişi ilə
bağlı qanunlar və ödənişdən yayınanları gözləyən cəzalarla bağlı açıqlamasında
bildirib.
Hüquqşunas
şərhində qeyd edib ki, alimentin ödənilməməsi ilə bağlı nə İnzibati Xətalar, nə
də Cinayət Məcəlləsində ayrıca bir maddə var:
"Sadəcə,
hər iki məcəllədə məhkəmə qərarını icra etməməklə bağlı bənd var. İnzibati Xətalar
məcəlləsinə əsasən, 1 aya qədər həbs cəzası nəzərdə tutulub. Bununla bağlı
olaraq Konstitusiya məhkəməsinin premium qərarı da var ki, vətəndaş cinayət məsuliyyətinə
cəlb olunmamışdan əvvəl gərək 1 dəfə
inzibati məsuliyyətə cəlb oluna. Vətəndaş bir dəfə alimenti ödəmədikdə inzibati
məsuliyyətə cəlb olunur, haqqında inzibati xəta ilə bağlı protokol yazılır və 1
aya qədər həbs tədbiq olunur. Bundan sonra isə, borcu yenə ödəmədikdə artıq məhkəmə
qərarını qəsdən icra etməməklə bağlı Cinayət Məcəlləsinə cəlb olunur. Bu təqdirdə
isə 3 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur".
Cavid
Rzazadə aliment ödənişlərinin hansı üsulla həyata keçirildiyini də izah edib:
"Ödəmə
istənilən qaydada həyata keçirilə bilər. Nağd formada əldən-ələ də verilə bilər.
Ancaq belə formada ödəniş olanda, alimenti ödəyən şəxsin əlində ödədiyinə aid sənəd
olmur. Gələcəkdə alimenti alan tərəf almadığını iddia edə bilər. Bütün bunları
nəzərə alaraq təcrübədə iki üsuldan istifadə edilir. Aliment alan tərəf bank
hesabı açır və hesabı icra qurumuna təqdim edir və ödənişlərinin bu bank hesabı
vasitəsi ilə həyata keçirilməsini təmin etməkdə köməklik istəyir. İcra orqanı
da aliment ödəyən tərəfə hesabı verir və ödəniş bu yolla həyata keçirilir. Bu
üsuldan istifadə edən vətəndaş illər sonra da o bankdan ödənişə dair sənədi
çıxara bilər ki, bu qədər ödəniş etmişəm.
Digər
üsul isə, əgər aliment borcu böyük məbləğdə yığılıbsa, hətta məsuliyyətə cəlb
olunma ərəfəsindədirsə, pulu nəğd ödəyə bilər. O zaman isə alimenti alan tərəf
qəbz verə bilər ki, aliment borcunu aldım və filan tarixə qədər olan müddətdə
aliment borcu qalmayıb. Yəni, ödəniş ya qəbz ilə olur, ya da bank hesabı üsulu
ilə".
Qeyd
edək ki, Rusiyanın Ədliyyə Nazirliyi qanunvericilikdə sərt dəyişikliyi nəzərdən
keçirir. Qərara əsasən, alimenti ödəməyən valideynləri həbs cəzası gözləyir.
Aliment ödəyicisi real səbəb olmadan ödənişi etməsə, həbs cəzası ilə üzləşəcək.Qanun dəyişikliyi həmçinin fiziki məhdudiyyətli valideynlərini, ailə üzvlərini köməksiz qoyan şəxsləri də həbslə cəzalandırmağı nəzərdə tutur. Nazirliyin məlumatına görə, qərar qüvvəyə minəndən sonra minlərlə vətəndaşın haqları müdafiə ediləcək.
Şərhlər