Dünya 14:32 04.11.2023

Alman naziri öpməyə çalışan XİN şefi üzr istədi (VİDEO)

Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç-Radman ötən gün alman həmkarı Annalena Berboku öpməyə cəhd etdikdən sonra qalmaqalla üzləşib.

Bu barədə Qaynarinfo "Bild"ə istinadən xəbər verir.

Hadisə kollektiv şəkili çəkdirərkən baş verib. Əvvəlcə xorvatiyalı nazir Berbokun əlini sıxmağa, daha sonra isə onu öpməyə çalışıb. Bu zaman alman nazir öpüşdən yayınıb.

Bu hadisə xüsusilə Xorvatiyada ciddi rezonans doğurub. Xorvatiyanın ən böyük qəzeti "Jutarnji list” "Ayıb olsun” başlığı ilə çıxıb.

"Bild"in qeyd etdiyi kimi, Qrlic-Radman fotosessiyaya gecikib və bununla da Berbokla salamlaşmağa çalışıb.

Xorvatiyalı nazir daha sonra həmkarını "isti” salamlamaq istədiyini deyərək üzr istəyib.

Nizami Bağırov