Almaniyalı mütəxəssis Yürgen Kloppun yaxın vaxtlarda Almaniya Futbol İttifaqı ilə 2030-cu ilin sonunadək qüvvədə olacaq müqavilə imzalayacağı bildirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
Məlumata görə, tərəflər müqavilənin əsas şərtləri üzrə artıq razılıq əldə ediblər. Hazırda sənədin texniki detalları, o cümlədən Kloppun "Red Bull" sistemi qarşısındakı mövcud öhdəliklərindən ayrılması proseduru müzakirə olunur.
Dörd illik müqavilə Almaniya millisinin 2030-cu ildə Mərakeş, Portuqaliya və İspaniyada keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq dövrünü də əhatə edəcək.
Qeyd edək ki, Almaniya millisi dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya məğlub olub. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb və penaltilər seriyasında Paraqvay qalib gələrək 1/8 finala yüksəlib.
Aydın
Şərhlər