Azərbaycanın Xalq rəssamı Natiq Əliyev, mərhum Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr etdiyi heykəltəraşlıq nümunəsini başa çatdırıb.
Qaynarinfo Open.az-a istinadən xəbər verir ki, Natiq Əliyev sənətçinin məzarüstü memorial abidəsini və barelyefini hazırlayıb.
Bildirilib ki, memorial abidənin və barelyefin açılışı noyabrda olacaq. Abidə 8 aya hazırlanıb. Hündürlüyü 2 m 30 sm-dir. Memorial abidə qəhvəyi qranitindən hazırlanıb. Memorial abidənin açılışından sonra Amaliya xanımın yaşadığı küçədə barelyefinin də açılışı olacaq.
Şərhlər