Xəbər lenti

İdman 18:43 05.12.2023

"Şamaxı"da Ramiz Məmmədovun köməkçiləri müəyyənləşdi

"Şamaxı"nın yeni baş məşqçisi Ramiz Məmmədovun köməkçiləri müəyyənləşib. 
 
Qaynarinfo-nun məlumatına görə, Məqsəd Yaqubəliyev köməkçi, Mehman Baxışov fiziki, Elnar Kərimov isə qapıçı hazırlığı üzrə məşqçi təyin edilib.
 
Bir neçə gün əvvəl Vüqar Əsgərli ilə yolları ayıran klub rəhbərliyi eyni zamanda onun köməkçiləri Zamir Həsənov, Ceyhun Rzayev və Şahin Hüseynov da vidalaşıb. 

Klub göstərdikləri xidmətlərə görə onlara təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
 
Səbuhi Həsənov 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->