Fevral ayının ortasında müşahidə olunan isti hava elm adamlarını qorxudub.
Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, elm adamları Antarktikada qeydə alınan isti hava şəraitindən heyrətə gəliblər. Belə ki, qitədə temperatur ilk dəfə olaraq 20.75 dərəcəyə qalxaraq rekord qırıb.
Fevralın 9-da Seymour adasında braziliyalı mütəxəssislər tərəfindən qeydə alınan temperatura Dünya Metereoloji Təşkilatı tərəfindən indiyə qədər rast gəlinməyib. "The Guardian” qəzetinin yaydığı məlumata görə isə fevralın 6-da Esperanzada olan argentinalı araşdırma qrupu 18.3 dərəcə temperaturun şahidi olublar. Bu da o vaxta qədər görünən ən yuxarı temperatur olub.
Uzaqdan idarə olunan aparatlarla 3 gündən bir öyrənilən temperaturu elm adamları "inanılmaz və anormal” kimi dəyərləndirib.
Şərhlər