Xəbər lenti

Dünya 18:48 10.09.2024

"Apple" İrlandiyaya 14 milyard uduzdu, ölkə isə bu pulu istəmir - "Reuters"

"Apple" Avropa ittifaqı tənzimləyicilərinin şirkətin İrlandiyaya 14,4 milyard dollar geri vergi ödəməsi tələbi ilə bağlı işi məhkəmədə uduzub. Ölkənin özü də Aİ-nin qərarına etiraz edib.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Avropa Komissiyası bu qərarı 2016-cı ildə qəbul edərək bildirib ki, "iPhone" istehsalçısı 2014-cü ildə vergi yükünü süni şəkildə 0,005%-ə endirən İrlandiyanın iki vergi qərarından iyirmi ildən çox müddət ərzində faydalanıb.

"Apple" iddia edib ki, Aİ-nin qərarı reallığa uyğun gəlmir. Aşağı vergi dərəcələri sayəsində böyük texnologiya şirkətlərini cəlb edə bilən İrlandiya da Aİ-nin qərarına etiraz edərək, əqli mülkiyyət əməliyyatlarına vergi rejiminin digər OECD ölkələri ilə uyğun olduğunu bildirib.

Lüksemburqda yerləşən Avropa İttifaqının Ədalət Məhkəməsi Aİ komissarı Marqret Vestagerin antiinhisar mövqeyini təsdiqləyib.

"Məhkəmə bu iş üzrə yekun qərar qəbul edir və Avropa Komissiyasının 2016-cı ildəki qərarını təsdiqləyir: İrlandiya "Apple"a qeyri-qanuni yardım göstərib, İrlandiya bunu geri qaytarmalıdır", deyə hakimlər bildirib.

"Apple" bu qərarından məyus olduğunu bildirib.

"Avropa Komissiyası qaydaları geriyə doğru dəyişməyə çalışır və beynəlxalq vergi qanunvericiliyinə əsasən, bizim gəlirlərimizin ABŞ-da artıq vergiyə cəlb edilməsi faktını nəzərə almır", deyə şirkətdən bildirilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->