Video 11:32 03.12.2022

Aqil M.Quliyev şikayətləndi: "Həyatım boyu heç bir radio məni işə dəvət etməyib" (VİDEO)

"Bu gün Azərbaycanda kifayət qədər radio var. Amma məni, həyatım boyu heç bir radio dəvət etməyib ki, gedim orada işləyim. Hətta gecə növbəsinə də..."

Qaynarinfo xəbər verir ki, bu sözləri rejissor Aqil M.Quliyev deyib.

"Səhərin səsi" proqramına qonaq olan rejissor bir dəfə də olsun radiolara işə dəvət olunmamasında şikayətlənib:

"Bir dəfə də olsa mənə dəvət gəlməyib. Bunun səbəbini isə bilmirəm. Siz zəng edib radiolardan soruşun. Hazırda radiolarda şivədən, ləhcədən istifadə edib yazırlar".