Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dəftərxana mallarının satın alınması üzrə tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "İintellekt M.A" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) olub.
AQTA ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 32 min 664 manat təşkil edir.
"İntellekt M.A” MMC 15.04.2009-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı "Sabunçu rayonu, Bakıxanov ŞTQ, Sülh, ev 2/20, m. 27” olaraq göstərilir. Qanuni təmsilçisi isə Abdullayev Sadiq Müşviq oğludur.
Günay
Şərhlər