Xəbər lenti

İdman 15:42 08.04.2024

"Araz-Naxçıvan"ın yeni baş məşqçisi müəyyənləşdi (RƏSMİ)

"Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşib.
 
Qaynarinfo-nun məlumatına görə, bu barədə klubdan rəsmi açıqlama verilib. Azər Bağırovun istefasından sonra boş qalmış post "Qəbələ"nin sabiq baş məşqçisi Elmar Baxşıyevə tapşırılıb.
 
Mütəxəssislə bu gün müqavilə imzalanıb, ardınca klub rəhbərliyi tərəfindən komanda üzvlərinə təqdim olunan baş məşqçi kollektivi ilk məşqinə çıxarıb. Məşqçilər korpusunda da dəyişiklik edilib. Xaqani Məmmədov və Rasim Ramaldanov köməkçi-məşqçi təyin olunublar.

Baxşıyev futbolçu karyerası ərzində "Xəzər Universiteti”, "İnter”, "Xəzər-Lənkəran”, "Neftçi” və "Qəbələ”nin formasını geyinib, Azərbaycan millisinin heyətində 30-dan artıq oyun keçirib. Baş məşqçi kimi "Qəbələ”ni çalışdıran mütəxəssis Azərbaycan kubokunun qalibi olub.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->