XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

AVRO-2020: İsveç millisi Slovakiyaya qalib gəldi
İdman14:52 18.06.2021

AVRO-2020: İsveç millisi Slovakiyaya qalib gəldi

Futbol üzrə Avropa çempionatının E qrupunda II tura start verilib.
Qaynarinfo-nun məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda İsveç və Slovakiya yığmaları üz-üzə gəliblər.
Matçın taleyini 1 qol həll edib. 77-ci dəqiqədə penaltidən fərqlənən Emil Forsberq skandinaviyalılara vacib qələbə qazandırıb.
Bu nəticədən sonra xallarını 4-ə çatdıran İsveç seçməsi liderliyə yüksəlib. 3 xalı olan slovakiyalılar isə ikincidir.
Qeyd edək ki, bu qrupun digər oyununda İspaniya və Polşa kollektivləri qarşılaşacaqlar. Sevilyada oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.