Ölkəmizi avrokuboklarda təmsilm edən "Qarabağ", "Sabah" və "Neftçi" bu həftə cavab matçına çıxacaqlar. Təmsilçilərimizin hər üçünün sınağı səfərdə keçəcək.
Qaynarinfo klubların mətbuat xidmətlərindən komandaların səfər proqramını dəqiqləşdirib:
Avropa Liqasının III təsnifat mərhələsində HİK-lə qarşılaşacaq "Qarabağ" avqustun 16-da saat 11:00-da Finlandiyaya yollanacaq. Ağdamlılar Helsinkidə "Hilton Helsinki Strand” otelində məskunlaşacaq. Avqustun 17-da Helsinkidəki "Bolt Arena”da reallaşacaq cavab matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Bu komandalar arasında ilk oyunda "Qarabağ" 2:1 hesabı ilə qalib gəlib.
"Sabah" Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda 2:0 hesabı ilə məğlub etdiyi "Partizan"ın qonağı olacaq. Paytaxt klubu sabah Serbiyaya yola düşəcək və Belqradın "Hyatt regency" hotelində məskunlaşacaq. Avqustun 17-də keçiriləcək "Partizan" - "Sabah" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Konfrans Liqasında digər təmsilçisimiz "Neftçi" III təsnifat mərhələsində "Beşiktaş"la cavab görüşünə çıxacaq. Bakı klubu bu gün Türkiyəyə yollanır. Komanda İstanbulda "Ritz" oteldə məskunlaşacaq. "Beşiktaş" - "Neftçi" matçı avqustun 17-də Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Röya Kərimli
Şərhlər