İdman 16:12 17.03.2023

Avropa Liqası: 1/4 finalın cütlükləri bəlli oldu

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.

Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki mərasimdə bu raundun cütlükləri bəlli olub.

Bu mərhələdən etibarən istənilən ölkə təmsilçiləri bir-birilə qarşılaşa biləcəklər.

UEFA Avropa Liqası
1/4 final mərhələsi

"Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)
"Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)
"Bayer" (Almaniya) - "Union" (Belçika)
"Feyenoord" (Niderland) - "Roma" (İtaliya)

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.