Xəbər lenti

Avropanın Rusiya ilə mümkün münaqişədə “yuyulub getmək” riski var -
Dünya 14:41 01.12.2023

Avropanın Rusiya ilə mümkün münaqişədə “yuyulub getmək” riski var - "The Times"

Avropa Rusiya ilə müharibəyə hazır deyil və münaqişə zamanı Müqəddəs Roma İmperiyasının Napoleon tərəfindən dağıdılması kimi "yuyulub getmək” riski var.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times” məşhur alman hərbi tarixçisi Zönke Naytselə istinadən yazır.

Məqalədə deyilir ki, Berlində keçirilən müdafiə üzrə yüksək səviyyəli konfransda bir neçə alman general da NATO-nun şərq cinahında müdafiə müharibəsinin "ilk döyüşündə” qalib gələ bilməyəcəyi ehtimalını irəli sürüblər.

Onların fikrincə, bu onunla əlaqədardır ki, onlar üçün kifayət qədər canlı qüvvə və texnikanı tez bir zamanda cəbhə xəttinə yerləşdirmək çətin olacaq.

Naytsel logistikanı "dəhşətli” adlandırıb və Almaniyanın müharibəyə hazır olması üçün ən azı 15 il lazım olacağını deyib.

O, xəbərdarlıq edib ki, nə Bundesver, nə Almaniya iqtisadiyyatı, nə də logistika Rusiya ilə müharibəyə hazırdır.

Xatrıladaq ki, iyul ayında NATO ölkələri Vilnüs sammitindən sonra hazırladıqları kommünikedə Rusiyanı təhlükəsizliyə ən böyük təhdid adlandırıblar. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->