Xəbər lenti

Ekonomiks 11:00 17.02.2023

Avrora Qrup “Prodexpo 2023 Moscow” sərgisində iştirak edib (FOTO/VİDEO)

Avrora Qrup ixrac imkanlarını genişləndirmək, yeni bazarlara çıxış əldə etmək üçün dünyanın ən böyük qida sərgilərindən biri "Prodexpo 2023 Moscow” sərgisində iştirak edib.

Sərgi zamanı "Avrora Qrup”un əsas brendləri : "Doymak”, "Lafarella”, "Kreki”, "Harika”, "Tanelli”, "Berg Glucose”, "Berg Skyline”, "Sladena”, "Barovski”, "Sladok” və s. müştərilərə və tərəfdaşlara təqdim edilib.

Avrora Qrup bu böyük qida sərgisi platformasında müxtəlif ölkələrdən olan partnyorları ilə görüşüb və yeni layihələri müzakirə edib.

Bundan başqa şirkət həmçinin yeni potensial müştərilərlə danışıqlara başlayıb və öz ixrac coğrafiyasını genişləndirmə imkanlarını dəyərləndirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->