"Ramiz Əzizbəylinin səhhəti qənaətbəxşdir. Şuxdur, deyir-gülür, hətta şeir belə yazır”.
Bu sözləri "Qafqazinfo”ya Xalq artisti Ramiz Əzizbəylinin həkimi Ceyhun Babayev deyib. O, məşhur aktyorun ev şəraitində müalicə aldığını qeyd edib:
"Ayağı amputasiya olunmayacaq. Gələcəyi biz həkimlər deyil, Allah bilir. Yetərincə yanaşı gedən xəstəlikləri var. Sosial şəbəkələrdə çox xəbərlər yayırlar, amma informasiyalar həqiqətlə uzlaşmır. Ramiz müəllim yaxşıdır, nəzarət altındadır”.
Şərhlər