Xəbər lenti

Aysun İsmayılova tanınmış vəkildən boşanır
Maqazin 14:01 23.01.2025

Aysun İsmayılova tanınmış vəkildən boşanır

Müğənni Aysun İsmayılova tanınmış vəkil olan həyat yoldaşı ilə qarşılıqlı boşanmağa qərar veriblər.

Qaynarinfo-nun Lent.az-a istinadən məlumatına görə, tərəflər arasında bununla bağlı razılıq əldə olunub. 

Xəbəri dəqiqləşdirmək üçün müğənninin vəkil həyat yoldaşı 30 saylı Vəkil Bürosunun rəhbəri Ramil Vəliyevlə əlaqə saxladıq.

R. Vəliyev Lent.az-a faktı təsdiqlədi:

"Bəli xəbər doğrudur. Həyatda bəzən elə şeylər olur ki, çətin də olsa qərar verməli olursan. Boşanma səbəbi mənim kobud və soyuq xarakterdə olmağımdı. Artıq hər ikimiz nikahın pozulması üçün iddia qaldırmaq üçün mediasiyaya müraciət etmişik.

Qeyd edək ki, cütlük 2 il öncə ailə qurmuşdular və onların Sevgi adlı qız övladı var.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->