Xəbər lenti

Ermənistan bu il də KTMT-də iştirakını bərpa etməyəcək
Dünya 15:24 23.01.2025

Ermənistan bu il də KTMT-də iştirakını bərpa etməyəcək

Ermənistan 2025-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını bərpa etməyəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin "Armen Press” nəşrində dərc olunmuş açıq hesabatında deyilir.

"Biz 2025-ci ildə Ermənistanın üzvlüyünü dayandırmasının səbəblərinin dəyişməsini çətin hesab edirik. Buna əsaslanaraq, inanırıq ki, bu təşkilatın nüfuzu böyük sual altında qalacaq və digər üzv dövlətlər üçün "düşüncə qidasına” çevriləcək”, - sənəddə deyilir. Erməni kəşfiyyatı Cənubi Qafqaz və onun hüdudlarından kənar ölkələrin hərbi xərclərini artırmağa, silah-sursat almağa və hərbi sənayeni inkişaf etdirməyə davam edəcəklərini gözləyir. Bu, "Ermənistan kimi obyektiv olaraq kiçik maddi və qeyri-maddi ehtiyatlara malik dövlətlər üçün asimmetrik riskləri” artıracaq.

Hesabatda həmçinin qeyd olunur ki, 2025-ci ildə Rusiya və Ukrayna arasında sabit və davamlı sülhə imkan verəcək "kifayət qədər həyat qabiliyyətli həll”in əldə olunması ehtimalı azdır. Nəticədə, Moskva və Aİ ölkələri "aktiv silahlanma, uzunmüddətli müdafiə və iqtisadi muxtariyyət siyasətini” davam etdirəcəklər. "İstənilən senaridə Rusiya-Ukrayna münaqişəsi birbaşa və ya dolayısı ilə Ermənistanın təhlükəsizlik vəziyyətinə təsir göstərəcək”, - kəşfiyyat xidməti qeyd edib. Eyni zamanda, Azərbaycanla yeni hərbi münaqişənin başlanmasını da istisna ediblər. Bununla belə, Bakı ilə sülh müqaviləsi olmadığı təqdirdə, "sərhəddə lokal gərginlik və eskalasiya riski qalacaq”, - hesabatda deyilir.

Ötən ilin avqustunda Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakının dondurulduğunu bəyan edib. Eyni zamanda o qeyd edib ki, İrəvanın qurumdan nə vaxt çıxacağı barədə dəqiq məlumat verə bilməz. Bundan əvvəl Paşinyan dəfələrlə KTMT-ni Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağda hərbi münaqişə zamanı yardım göstərmədiyinə görə tənqid edib. O, həmçinin təşkilatı "köpük ittifaqı” adlandırıb ki, onun üzvləri Bakı ilə birlikdə Ermənistana qarşı "müharibə planlaşdırır”.

Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, KTMT xarici təcavüzdən qorunmağa çağırılır, lakin Ermənistana qarşı belə bir təcavüz olmayıb. "Ermənistan bildirdi ki, fasilə verir və bugünkü görüşdə qəbul edilən bütün sənədləri dəstəkləyir. Əgər belədirsə, deməli, Ermənistanın KTMT çərçivəsində tammiqyaslı işə qayıtması ehtimalı var”, - deyə Putin noyabrda təşkilatın iclasında bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->