Xəbər lenti

Mark Libbidən Amerikaya getmək üçün xahiş etmək istəyən şəxs həbs edildi
Ölkə14:19 23.01.2025

Mark Libbidən Amerikaya getmək üçün xahiş etmək istəyən şəxs həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səlahiyyət müddəti başa çatmış ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi ilə görümək istəyən şəxs həbs edilib. 
Qaynarinfo-nun məlumatına görə, 1980-cı il təvəllüdlü Lənkəran rayon sakini K.H. icazəsi olmadan ABŞ-ın Azərbaycandakı səfirliyinin həyətinə daxil olmağa cəhd edib. 
Polis əməkdaşları K.H.-ya yaxınlaşıb və ondan səfirliyin ərazisindən çıxmağı tələb ediblər. Lakin K.H. buna əməl etməyib və bu addımı saxlanılmasına səbəb olub. 
Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
K.H. məhkəmədə ifadəsində bildirib ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin həyətinə daxil olmağa cəhd etməsinin səbəbi Amerikaya getmək istəyi olub: "Səfirə mənə Amerikaya getməyə kömək etməyimi istəyəcəkdim”. 
Məhkəmənin qərarı ilə, K.H 15 gün müddətinə inzibati
qaydada həbs edilib.
Aydın