Xəbər lenti

Ağsu məhkəməsinin sədrindən şikayət - Rəsmi açıqlama
Video 15:34 23.01.2025

Ağsu məhkəməsinin sədrindən şikayət - Rəsmi açıqlama

Laçın rayon sakini Tohid Ağamalıyev və Goranboy rayon sakini Sürəyya Qurbanova Ağsu Rayon Məhkəməsinin sədri Babək Qasımovdan Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova şikayət edib. 

Onlar şikayətlərinin bir surətini də Qaynarinfo-nun redaksiyasına ünvanlayıb. 

Tohid Ağamalıyev bildirib ki, Babək Qasımov onun hüquqlarını pozub. Şikayətçi iddia edir ki, hakim Ayxan adlı qohumu vasitəsilə dələduzları himayə edir. 

Sürəyya Qurbanova isə bildirib ki, o, Ağsu rayonu ərazisində fəaliyyət göstərən restoranların birində işləyərkən dələduzluğa məruz qalıb. Bununla bağlı hüququ-mühafizə orqanlarına müraciət edib. Şikayətçinin iddiasına görə, polis və prokurorluq işə obyektiv yanaşsalar da, Ağsu Rayon Məhkəməsi məhkəmə istintaqını ədalətli şəkildə aparmayıb. 

Sürəyya Qurbanova bildirib ki, məhkəmə onlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin lehinə qərar çıxarıb. "Ayxan adlı qohumunu da hakim otağının girişində əyləşdirib. Bu adam dələduzluq edən şəxsin qohumları ilə əlbir olub bizim haqqımızı tapdalayır”, deyə şikayətçi bildirib.

Ağsu Rayon Məhkəməsindən isə Qaynarinfo-ya bildirilib ki, Babək Qasımovdan şikayətçi olan vətəndaşların iddiaları həqiqəti əks etdirmir:

"Sorğunuza cavab olaraq bildiririk ki, yazıda qeyd edilən məsələlər tamamilə həqiqətə uyğun deyil, hər hansı sübuta söykənmir. Bununla yanaşı, əgər qarşı tərəf iddia etdiyi məsələlərdə haqlı olduğunu hesab edirsə, aidiyyatı orqanlara müraciət edə bilər. Eyni zamanda, şikayətçi iş üzrə hakimin konkret məhkəmə işi ilə bağlı qəbul etdiyi qərarı yuxarı instansiya məhkəməsində mübahisələndirmək hüququna malikdir".

Seyid
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->