Azər Baxşəliyevin qızına avtomobil hədiyyə olundu (VİDEO)
ARB TV-nin "5 üz” verlişinin final buraxılışı mərhum aktyor Azər Baxşəliyevə həsr olunub.
Verilişin aparıcısı Elşən Orucov təsirli çıxışı ilə ürəkləri sızladıb:
"Bu gün səni geri qaytara bilmirik. Amma istəyirik ki, "5 üz”ün finalının qalıbi Züleyxa balamız olsun. Təbrik edirəm, gözəl balam. Əmilərin hər zaman sənin arxandadı. Atana qismət olmadı, inşallah ki, əmilərinə qismət olacaq səni xoşbəxt görmək. Bax bu avtomobili də, əmilərin sənə hədiyyə edir. Həmişə gözəl günlərinə yığışaq, mənim gözəl balam. Veriliş bitən kimi avtomobili şəxsən özüm sənə təqdim edəcəm.
Cox sağ olsun ARB televiziyası bu istəyimizdə yanımızda oldu. Hər kəsə, bütün kollektivə təşəkkür edirəm. Xalqımıza, millətimizə təşəkkür edirəm. Bu ağır, çətin günümüzdə yanımızda oldu.
Azər, sən hər zaman bizimlə olacaqsan, ruhumuzda və xatirələrimizdə. Görüşəcəyik, mütləq görüşəcəyik! Əlvida dostum!
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər