Xəbər lenti

Azərbaycan atleti Serbiyada qızıl medal qazandı
İdman 18:12 15.02.2025

Azərbaycan atleti Serbiyada qızıl medal qazandı

Azərbaycan atleti Rüstəm Məmmədov Serbiyanın paytaxtı Belqradda qapalı məkanda keçirilən Balkan çempionatında qızıl medal qazanıb.

Qaynarinfo Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı üçtəkanla tullanmada 16.30 metr göstərici ilə bütün rəqiblərini qabaqlayıb.

Sonuncu dəfə Azərbaycan idmançılarından Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatının qalibi olmuşdu.

Qeyd edək ki, Azərbaycan yarışda 6 idmançı ilə təmsil olunur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->