Xəbər lenti

Ekonomiks 18:08 09.01.2024

Azərbaycan bazarında qızılın qiyməti hansı istiqamətə dəyişəcək? (AÇIQLAMA)

"Bu artımın daxili bazara heç bir aidiyyatı olmayacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətinin artmasına münasibət bildirərkən deyib. 

Ekspert həftənin bütün günlərində birjanın işlədiyini və artımın müşahidə edildiyini bildirib:

"Belə olan halda, son istehlak bazarında təsiri demək olar ki, olmur. Çünki bu işlə məşğul olan adamlar qızılı 6-7 ay əvvəl alır, emal edir, sonra hazır məhsulu univermağa satışa çıxarır. Bu baxımdan, gündəlik qızıl birjasında olan artımın qiymətə təsiri olmur".
 


Ekspert belə artımların bazara 4-5 ay sonra təsir etdiyini vurğulayıb:

"Cüzi dəyişikliklər gündəlik baş verən proseslərdir. Qızılın qiymətinə trendin özü təsir göstətir. Hazırda qızılın illik əsasda qiyməti ötən illə müqayisədə 300 dollar arasındadır. Bu da 20% artımdır. Bu artım qızıl bazarına təsir göstərir. Amma gündəlik birja artımlarının qızıl bazarına təsiri yoxdur". 

Qeyd edək ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,26% artaraq, 2 038,8 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,06% artaraq 23,33 dollar təşkil edib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->