Xəbər lenti

Azərbaycan Premyer Liqası: Liderlər
İdman 21:19 11.02.2023

Azərbaycan Premyer Liqası: Liderlər "sülh" bağladı

Azərbaycan Premyer Liqasında daha bir oyun kçeirilib.
 
Qaynarinfo xəbər verir ki, ölkə çempionatının 22-ci turu çərçivəsində "Qarabağ" "Sabah"la qarşılaşıb. Turnir cədvəlinin liderlərinin "Azərsun Arena"da baş tutan qarşılaşması heç-heçə ilə nəticələnib - 1:1. "Qarabağ"dan Musa Qurbanlı (15), "Sabah"dan isə Bəxtiyar Həsənalızadə (75) fərqlənib. 
 
Bu nəticədən sonra turnir cədvəlindəki 5 xallıq fərq də olduğu kimi qalıb. 
 
22-ci tura sabah baş tutacaq "Səbail" - "Zirə", "Sumqayıt" - "Şamaxı" matçı ilə yekun vurulacaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->