İdman 10:04 02.03.2024

Azərbaycan Premyer Liqasında bu gün daha iki matç baş tutacaq

Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində bu gün daha iki oyun keçiriləcək.

Qaynarinfo-nun məlumatına görə, turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə, "Zirə" doğma meydanda "Turan Tovuz"la görüşəcək. Saat 16.00-da start fiti səsləndiriləcək görüşü Rəvan Həmzəzadə idarə edəcək. 

Günün ikinci qarşılaşaması Masazırdakı "Bank Respublika Arena"da olacaq.  "Araz-Naxçıvan" səfərdə "Sabah"ın qonağı olacaq. Bu görüşün baş hakimi Kamal Umudlu olacaq.

Azərbaycan Premyer Liqası, 25-ci tur

2 mart 

16.00. "Zirə” – "Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İdman Kompleksinin stadionu

18.30. "Sabah” – "Araz-Naxçıvan”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"Bank Respublika Arena”

"Qarabağ" - 57, "Sumqayıt" - 36, "Neftçi" - 36, "Zirə" - 35, "Səbail" - 34, "Turan Tovuz" - 31, "Sabah" - 31, "Araz-Naxçıvan" - 31, "Kəpəz" - 26, "Qəbələ" - 15

Səbuhi Həsənov