İdman 12:30 13.08.2022

Azərbaycan Premyer Liqasında iki oyun keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında II turun daha 2 oyunu keçiriləcək.

Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək. Komandalar indiyədək ölkə çempionatında 39 dəfə üz-üzə gəliblər. Bunların 29-da Ağdam klubu, 5-də isə sumqayıtlılar qələbə qazanıb. Qalan 5 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də son çempionun aşkar üstünlüyü var - 91:18. "Qarabağ” son 5 oyunda rəqibini məğlub edib. "Sumqayıt” son 4 matçda qol vura bilməyib.

Günün digər qarşılaşması "ASCO Arena"da "Səbail"lə "Turan Tovuz" arasında baş tutacaq. İlk turdan sonra hər iki kollektiv xalsızdır. Bu komandalar indiyədək Premyer Liqada qarşılaşmayıblar.

Premyer Liqa
2022/23 mövsümü
I dövrə, II tur

13 avqust
18.20 Sumqayıt - Qarabağ
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
VAR hakimləri: İnqilab Məmmədov, Akif Əmirəli.
Hakim-inspektor: Munis Abdullayev.
"Kapital Bank Arena".

20.30 Səbail - Turan Tovuz
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Cəmil Quliyev, Kamal Umudlu.
VAR hakimləri: Vüqar Həsənli, Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
"ASCO Arena”.

Turun açılış oyununda aşağıdakı nəticə qeydə alınıb:

Zirə - Sabah 1:3
 
Səbuhi Həsənov