Azərbaycan istehsalı olan "Khazar” avtomobilləri Ukraynaya ixrac ediləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov məlumat verib. Sədr bildirib ki, ilkin olaraq 300 avtomobilin ixracı nəzərdə tutulub.
Emin Axundovun sözlərinə görə, indiyədək 1250 avtomobil satılıb. Bunun 400-ə yaxınını dövlət orqanları, qalanını isə vətəndaşlar alıb.
Şərhlər