Xəbər lenti

Ölkə 17:31 04.09.2021

Azərbaycanda 4 xəstəxana karantinə bağlandı (ÖZƏL)

Azərbaycanda dörd mərkəzi rayon xəstəxanası koronavirusla (COVID-19) mübarizə məqsədi ilə bağlanıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hər dörd tibb mərkəzi COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək.

Karantinə bağlanan xəstəxanalar bunlardır:

Masall rayon Mərkəzi Xəstəxanası



Cəlilabad rayon Mərkəzi Xəstəxanası



İmişli rayon Mərkəzi Xəstəxanası



Sabirabad rayon Mərkəzi Xəstəxanası



Artıq xəstəxanalarda bütün şöbələr COVID-19-la mübarizəyə quşulub. Xəstəxalara cənub və aran bölgəsində COVID-19-a yoluxan vətəndaşlar müalicə üçün gətirilir. 

Hər dörd xəstəxana zəruri dərman vasitələri ilə təchiz olunub.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?